Bakı. Trend:
İtaliyanın İsk adasında, Kzamiççola portunda "Medmar" şirkətinə məxsus sərnişin gəmisi körpü ilə toqquşub.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, toqquşma nəticəsində 50 nəfər yüngül xəsarət alıb və yerli xəstəxanaya yerləşdirilib.
Məlumata əsasən, daha sonra gəmi bütün zəruri yoxlamaların həyata keçirilməsi üçün İtaliya polisləri tərəfindən saxlanılıb.