...

Qvatemalada 6,8 bal gücündə zəlzələ olub: 4 yaralı

Dünya xəbərləri Materials 23 İyun 2017 06:32 (UTC +04:00)
Sakit okeanda, Qvatemala sahillərində 6,8 bal gücündə zəlzələ baş verib
Qvatemalada 6,8 bal gücündə zəlzələ olub: 4 yaralı

Bakı. Trend:

Sakit okeanda, Qvatemala sahillərində 6,8 bal gücündə zəlzələ baş verib.

Trend-in "Associated Press"ə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Puerto-San-Xose şəhərindən 38 kilometr cənub-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Qvatemalanın Təbii Fəlakətlər üzrə Milli Agentliyinin nümayəndəsi Hulio Sançez qeyd edib ki, zəlzələ nəticəsində 4 nəfər yüngül xəsarətlər alıb və infrastruktura müəyyən zərər dəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti