Bakı. Trend:
Venesuelanın prezidenti Nikolas Maduronun bir qrup tərəfdarı iyunun 23-ü ölkə parlamentinin binasına hücum ediblər.
Trend-in verdiyi məlumata görə, bu haqda RİA Novosti xəbərə verir.
Hücum nəticəsində 4 nəfər yaralanıb və maddi ziyan dəyib.
Qeyd edək ki, Parlament hökumətin konstitusiyaya dəyişikliklər hazırlanması üçün iyulun 30-da planlaşdırılan təsis yığıncağının çağırılmasına qarşı çıxır.