...

Mozambikdə 5,8 bal gücündə zəlzələ olub

Dünya xəbərləri Materials 24 İyun 2017 07:53 (UTC +04:00)
Mozambikdə 5,8 bal gücündə zəlzələ olub
Mozambikdə 5,8 bal gücündə zəlzələ olub

Bakı. Trend:

Mozambikdə 5,8 bal gücündə zəlzələ olub.

Trend-in RIA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda ABŞ Geoloji xidməti (USGS) xəbər verir.

Zəlzələ UTC vaxtı ilə 02:37 radələrində qeydə alınıb. Yeraltı təkanların episentri Dondo yaşayış məntəqəsindən 38 kilometr şimal-qərbdə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntı barədə məlumat daxil olmayıb. Geoloji xidmət, zəlzələyə mümkün qurbanlar və iqtisadi ziyanın kiçik ehtimalını bildirən sarı təhlükə səviyyəsi verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti