...

Karakasda etiraz aksiyası davam edir: daha 17 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 30 İyun 2017 06:25 (UTC +04:00)
Venesuelanın paytaxtı Karakasda etiraz aksiyası zamanı 17 nəfər xəsarət alıb
Karakasda etiraz aksiyası davam edir: daha 17 nəfər xəsarət alıb

Bakı. Trend:

Venesuelanın paytaxtı Karakasda etiraz aksiyası zamanı 17 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, xəsarət alanlardan 8 gözyaşardıcı qazdan zəhərlənib.

Qeyd edək ki, Venesuelada kütləvi etirazlar, Ali Məhkəmə tərəfindən müxalifət milli assambleyasının səlahiyyətlərinin ciddi məhdudlaşdırmasından sonra başlayıb. Qərar sonradan ləğv olunsada, müxalifət tərəfdarları etiraz aksiyalarını davam etdirir.

"Venesuela cinayət forumu" qeyri-hökumət təşkilatının hesablamalarına görə, etiraz aksiyaları zamanı 1,6 min insan saxlanılıb, 77 nəfər isə həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti