...

Tacikistanda 14 DİN əməkdaşı kök olduğu üçün işdən azad edildi

Dünya xəbərləri Materials 21 İyul 2017 16:35 (UTC +04:00)
Tacikistan DİN-dən 3 əməkdaş ikili vətəndaşlığı olduğu üçün, 14 nəfər isə artıq çəkiyə görə işdən azad edilib.
Tacikistanda 14 DİN əməkdaşı kök olduğu üçün işdən azad edildi

Bakı. Trend:

Tacikistan DİN-dən 3 əməkdaş ikili vətəndaşlığı olduğu üçün, 14 nəfər isə artıq çəkiyə görə işdən azad edilib.

Trend-in məlumatına görə, ölkə qanunvericiliyinə uyğun olaraq ikili vətəndaşlığı olan şəxslər hüquq-mühafzə orqanlarında, güc strukturlarında, bəzi dövlət qulluğunda çalışa bilməz.

Tacikistan DİN-dən verilən məlumata görə, həmin şəxslər Tacikistan vətəndaşı olmaqla yanaşı, Rusiya vətəndaşları da olublar.

Artıq çəkiyə görə DİN-dən azad edilən əməkdaşlarla yanaşı, 21 milis işçisi də işdən azad edilib.

Məlumatda qeyd olunur ki, artıq çəkiyə görə hüquq-mühafizə orqanlarından azad edilən işçilər müvafiq çəkiyə uyğun arıqlasalar, yenidən işə bərpa olunacaqlar. Tacikistanda milis işçiləri üçün boy və çəki standartları 168-170 sm və 75 kiloqrama qədə çəkidir.

Xəbər lenti

Xəbər lenti