Bakı. Trend:
Əfqanıstanın paytaxtı Kabildə partlayış olub.
Trend Sputnik-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 24 nəfər ölüb, 42 nəfər yaralanıb.
Terrorçu-kamikadze partlayıcı yüklənmiş avtomobili, bu gün səhər saatlarında, şəhərin icra hakimiyyəti başçısının ikinci müavininin evinin yaxınlığında partladıb. Hadisənin məsuliyyətini "Taliban" hərəkatı üzərinə götürüb.