...

İtaliya istidən "yanır" - 50 dərəcə isti qeydə alınıb

Dünya xəbərləri Materials 4 Avqust 2017 09:07 (UTC +04:00)
İtaliyanın cənubunda rekord istilər qeydə alınır
İtaliya istidən "yanır" - 50 dərəcə isti qeydə alınıb

Bakı. Orxan Nəbiyev - Trend:

İtaliyanın cənubunda rekord istilər qeydə alınır. Trend-in məlumatına görə, ötən gün Sardiniyada temperatur 50 dərəcəyə çatıb.

Bundan başqa, Neapol şəhərində və ətraf bölgələrdə havanın hərarəti 49 dərəcə olub.

Meteoroloqların proqnozlarına görə, yüksək temperatur İtaliyanın mərkəzi və şimal bölgələrində gözlənilir.

Bu gün və sabah paytaxt Romada 42 dərəcə, Florensiyada 41 dərəcə isti proqnozlaşdırılıb.

Ümumilikdə İtaliya ərazisində 26 şəhərin rəhbərliyi sakinləri ehtiyatlı olmağa, günorta saatlarında açıq havada qalmamağa, daha çox maye qəbul etməyə, kondisionerli məkanda olmağa çağırıb.

Xəbər lenti

Xəbər lenti