...

Türkiyədə ticarət mərkəzi yanır

Dünya xəbərləri Materials 14 Avqust 2017 11:53 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin İzmir vilayətində ticarət mərkəzlərinin birində yanğın baş verib.

Trend-in məlumatına görə, binada olan bütün müştərilər və əməkdaşlar təxliyə edilib.

Hazırda yanğının söndürülməsi davam edir. İlkin məlumatlara əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb.

Yanğının hansı səbəbdən baş verməsi məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti