...

Çinlilər bu dəfə "Fiat"ı almaq istəyirlər

Dünya xəbərləri Materials 14 Avqust 2017 20:38 (UTC +04:00)
Çinin avtomobil istehsalçılarından biri İtaliyanın məşhur "Fiat Chrysler Automobiles" korporasiyasını satın almaq istəyir.
Çinlilər bu dəfə "Fiat"ı almaq istəyirlər

Bakı. Trend:

Çinin avtomobil istehsalçılarından biri İtaliyanın məşhur "Fiat Chrysler Automobiles" korporasiyasını satın almaq istəyir.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, ötən həftə "Fiat Chrysler"in idarəçiləri Çində "Great Wall Motor" şirkətinin rəhbərliyi ilə görüşüblər. Görüşün təfərrüatları barədə məlumat verilmir.

Həmçinin, Çinin digər avtomobil istehsalçılarının "Fiat Chrysler" korporasiyasını almaqda maraqlı olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti