...

Fransa İraqa 430 milyon avro kredit ayıracaq

Dünya xəbərləri Materials 27 Avqust 2017 04:17 (UTC +04:00)
Fransa 2017-ci ildə İraq hökümətinə 430 milyon avro kredit ayıracaq
Fransa İraqa 430 milyon avro kredit ayıracaq

Bakı. Trend:

Fransa 2017-ci ildə İraq hökümətinə 430 milyon avro kredit ayıracaq.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, kreditin verilməsini Fransanın XİN rəhbəri Jan-İva Le Drian və İraqın baş naziri Heydər əl-Abadi müzakirə ediblər. Danışıqlar zamanı fransalı nazir bildirib ki, kredit bu ilin sonuna qədər ayırılacaq. Bu kredit ilk növbədə İraq hökuməti tərəfindən aparılan iqtisadi islahatların dəstəklənməsi üçün nəzərdə tutulub.

Le Drian qeyd edib ki: "Fransa İŞİD ilə döyüşlərin əvvəlindən İraqda öz iştirakını dəstəkləyib. Fransa hazırda başlanan sülh quruculuğu mərhələsində də burada iştirak edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti