Bakı. Trend:
ABŞ-ın Texas ştatının Ramsi, Terrel və Strinqfellou həbsxanalarından "Harvi" qasırğası səbəbindən 4,5 min məhbus təxliyə edilib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, məhbusları Texas şərqindəki həbsxanalara yerləşdirəcəklər.
Qeyd edk ki, Texas sahillərində ötən gecə "Harvi" qasırğası 5 ballıq şkala üzrə 4-üncü səviyyəyə çatıb. Hazırda qasırğa 1-ci səviyyəyə qədər enib.