Bakı. Trend:
Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampın fəaliyyətindən məyus olmadığını bildirib.
Trend-in məlumatına görə, mətbuat konfransında V.Putinə D.Trampa münasibəti barədə sual ünvanlanıb.
V.Putin bu sualın sadəlövh səsləndiyini vurğulayıb: “Məyusluqla bağlı onu deyə bilərəm ki, bu sual çox sadəlövh səslənir. O, mənim nişanlım deyil ki, məyus olum. Biz dövlət fəaliyyəti ilə məşğul oluruq. Hər ölkənin öz maraqları var”.