...

Böyük Britaniyada terror təhlükəsinin səviyyəsi azaldılıb

Dünya xəbərləri Materials 17 Sentyabr 2017 18:28 (UTC +04:00)

Bakı. Trend:

Böyük Britaniyada terror təhlükəsinin səviyyəsi ən yüksək "kritik"dən "ciddi"yə qədər azaldılıb.

Trend-in məlumatına görə, bunu Böyük Britaniyanın daxili işlər naziri Ember Radd "BBC" telekanalının efirində bildirib.

Xəbər verildiyi kimi, Londonda baş verən terror aktından sonra Böyük Britaniyada terror təhlükəsinin səviyyəsi ən yüksək "kritik"ə qədər qaldırılmışdı.

Qeyd edək ki, sentyabrın 15-i səhər saatlarında Böyük Britaniyanın paytaxtı Londonda "Parsons Green" metrostansiyasında partlayış baş verib. Partlayış nəticəsində 30 nəfər xəsarət alıb.

Xəbər lenti

Xəbər lenti