...

Yeni Zelandiya sahillərində 6,1 bal gücündə zəlzələ

Dünya xəbərləri Materials 20 Sentyabr 2017 08:42 (UTC +04:00)
Yeni Zelandiya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib
Yeni Zelandiya sahillərində 6,1 bal gücündə zəlzələ

Bakı. Trend:

Yeni Zelandiya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda ABŞ Geoloji xidməti xəbər verib.

Yeraltı təkanlar UTC vaxtı ilə saat 01:43-də baş verib. Zəlzələ kimsəsiz olan Oklend adasından 256 km qərbdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti