...

“Etihad Airways”in pilotu uçuş zamanı öldü

Dünya xəbərləri Materials 27 Sentyabr 2017 14:28 (UTC +04:00)

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərinin “Etihad Airways” aviaşirkətinin pilotu uçuş zamanı dünyasını dəyişib.

Trend-in məlumatına görə, Əbu-Dabidən Amsterdama uçuş həyata keçirən təyyarə pilotlardan birinin özünü pis hiss etməsi ilə əlaqədar Küveytdə eniş etməli olub.

Göyərtəyə çağırılan həkimlər pilotun həyatını xilas edə bilməyiblər.

Təyyarə yük daşımaları həyata keçirirmiş. Pilotun ölüm səbəbi barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti