Bakı. Trend:
Türkiyədə Karabük-Kastamonu şosesində işçiləri daşıyan mikroavtobus aşıb.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, mikroavtobusun aşması nəticəsində 16 nəfər yaralanıb.
Məlumata əsasən, yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. Qəza ilə bağlı araşdırma aparılır.