...

Ankara Tehranla regional məsələlərin müzakirəsinə başladı

Dünya xəbərləri Materials 2 Oktyabr 2017 09:39 (UTC +04:00)
Türkiyə Baş Qərargah rəisi Hulusi Akarın İrana səfəri zamanı iki ölkə rəsmiləri regional məsələləri müzakirə edəcəklər.
Ankara Tehranla regional məsələlərin müzakirəsinə başladı

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Baş Qərargah rəisi Hulusi Akarın İrana səfəri zamanı iki ölkə rəsmiləri regional məsələləri müzakirə edəcəklər.

Trend-in məlumatına görə, eləcə də, Suriya böhranının və İraq Kürd Muxtariyyətinin müstəqilliyi barədə referendum məsələlərinin də müzakirə olunacağı gözlənilir.

Məlumata görə, H.Akar artıq Tehrana səfərə gəlib.

Qeyd edək ki, bu il sentyabrın 25-də İraqdakı Kürd Muxtariyyəti beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan müstəqillik haqqında referendum keçirib.

Oktyabrın 4-də isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Tehrana səfəri gözlənilir.

Türkiyə prezidentinin İran lideri Həsən Ruhanı ilə görüşü zamanı ikitərəfli münasibətlərin müzakirə olunacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti