Bakı. Trend:
YUNESKO-nun baş direktoru seçkilərinin üçüncü turu nəticəsiz yekunlaşıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, namizədlərdən heç biri qələbə üçün lazım olan mütləq səs çoxluğunu toplaya bilməyib.
Məlumata əsasən, üçüncü turun səsverməsindən sonra Qətərdən Həməd bin Əbdüləziz əl-Kavari 18 səs, Fransadan Odri Azuley 18 səs, Misirdən Muşira Xəttab 13 səs toplayıblar.
Səsvermənin növbəti mərhələsi oktyabrın 12-si keçiriləcək. Yeni rəhbərin adı oktyabrın 13-dək açıqlanacaq.