...

Trampın müəllimi onun haqqında: Ən sərsəm şagird idi

Dünya xəbərləri Materials 14 Oktyabr 2017 00:27 (UTC +04:00)
ABŞ prezident Donlad Trampın universitet müəllimi professor Vilyam Kelley onu "qarşılaşdığı ən sərsəm" şagird adlandırıb.
Trampın müəllimi onun haqqında: Ən sərsəm şagird idi

Bakı. Trend:

ABŞ prezident Donlad Trampın universitet müəllimi professor Vilyam Kelley onu "qarşılaşdığı ən sərsəm" şagird adlandırıb.

Trend-in məlumatına görə, Pensilvaniya Universitetinin müəllimi deyib ki, tələbə Trampla indi Ağ Evdə oturan prezident Tramp arasında hələ də oxşarlıq var:

"Universitetə gəldikdə özünü elə aparırdı ki, sanki hər şeyi bilir".

Qeyd edək ki, bir qədər əvvəl ABŞ-ın dövlət katibi Tillersonun Tramp barədə "axmaq" ifadəsi işlətməsi ortaya çıxmışdı. Bundan sonra isə prezident dövlət katibinə IQ testindən keçməyi tövsiyə etmişdi.

Xəbər lenti

Xəbər lenti