...

Ruhani: Hər hansı bir ölkənin lideri mühüm beynəlxalq sazişi ləğv edə bilməz

Dünya xəbərləri Materials 14 Oktyabr 2017 04:14 (UTC +04:00)
Hər hansı bir ölkənin lideri BMT-nin dətəklədiyi mühüm beynəlxalq sazişi ləğv edə bilməz
Ruhani: Hər hansı bir ölkənin lideri mühüm beynəlxalq sazişi ləğv edə bilməz

Bakı. Trend:

Hər hansı bir ölkənin lideri BMT-nin dətəklədiyi mühüm beynəlxalq sazişi ləğv edə bilməz.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampın çıxışını şərh edərkən deyib.

O, bildirib: "Bu, BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilmiş çoxtərəfli beynəlxalq sazişdir. Bu BMT-nin sənədidir. Bir prezident bu mühüm beynəlxalq sazişi birtərəfli qaydada ləğv edə bilərmi? Görünür ki, onun işlərdən xəbəri yoxdur".

Ruhani həmçinin qeyd edib ki, İran öz silah və raketlərini yalnız müdafiə məqsədi ilə istifadə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti