Bakı. Trend:
Permdə duz mədənində alışma səbəbindən təxminən 290 mədənçi təxliyə edilib.
Trend-in məlumatına görə, vilayət Fövqəladə Xidməti nümayəndəsi liftlərə xidmət göstərən 10 nəfərin hələ yerin altında qaldığını bildirib.
Mədəndə alışmanın hansı səbəbdən baş verməsi hələ məlum deyil.