...

Nigeriyada intiharçı qadınlar hücum etdi - 13 ölü, 16 yaralı

Dünya xəbərləri Materials 23 Oktyabr 2017 09:11 (UTC +04:00)
Nigeriyanın Mayduquri şəhərində 3 intiharçı-terrorçunun hücumu nəticəsində ən azı 13 nəfər ölüb, daha 16 nəfər yaralanıb.
Nigeriyada intiharçı qadınlar hücum etdi - 13 ölü, 16 yaralı

Bakı. Trend:

Nigeriyanın Mayduquri şəhərində 3 intiharçı-terrorçunun hücumu nəticəsində ən azı 13 nəfər ölüb.

Trend-in məlumata əsasən, hadisə nəticəsində daha 16 nəfərin yaralandığı bildirilir.

Terrorçular partlayışı böyük restoranlardan birinin yaxınlığında törədiblər. Hücum edən intiharçı-terrorçuların qadın olduqları bildirilib.

Terakta görə məsuliyyəti heç bir terror təşkilatı üzərinə götürməyib.

Ehtimal olunur ki, partlayışların arxasında "Boko Haram" terror qruplaşması durur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti