Bakı. Trend:
Braziliya prezidenti Mişel Temer xəstəxanada yoxlanışdan keçdikdən sonra evə buraxılıb.
Trend-in məlumatına görə, bu barədə onun "Tvitter" hesabında bildirilir.
Hesabda paylaşılan şəkildə Temerin xəstəxananı tərk etdiyi görünür. "Bu gün böyük bir diskomfort yaşadım, bir sıra testlərdəm keçdim, hər şey qaydasındadır. Həkimlər növbəti bir neçə gündə istirahət etməyimi tövsiyə edib", deyə Temer bildirib.
Qeyd edək ki, daha öncə Braziliya prezidenti səhhətində yaşanan problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilmişdir.