...

Tramp içki içmir, siqaret çəkmir - Səbəbini özü dedi...

Dünya xəbərləri Materials 27 Oktyabr 2017 15:25 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp içki içməməsi və siqaret çəkməməsi barədə danışıb.

Trend-in məlumatına görə, D.Tramp içki və siqaret aludəçisi olmadığı üçün böyük qardaşına minnətdar olduğunu deyib.

O, bildirib ki, qardaşı Fred Trampın həyat təcrübəsini həmişə xatırlayır. Bu haqda Ağ Evdə çıxışı zamanı danışan D.Tramp qeyd edib ki, qardaşı həyatının böyük hissəsini alkoqolizmdən əziyyət çəkib və 43 yaşında həyatını itirib: “O dəfələrlə mənə içməməyi tövsiyə edib. Mən Fred sayəsində bu dərsi öyrəndim”.

Xəbər lenti

Xəbər lenti