...

Nyu-Yorkda terror aktı nəticəsində 8 nəfər ölüb

Dünya xəbərləri Materials 1 Noyabr 2017 20:16
Nyu-Yorkda terror aktı nəticəsində 8 nəfərin öldüyü, 10 nəfərin yaralandığı təsdiqlənib.
Nyu-Yorkda terror aktı nəticəsində 8 nəfər ölüb

Trend-i buradan izləyin

Bakı. Trend:

Nyu-Yorkda terror aktı nəticəsində 8 nəfərin öldüyü, 10 nəfərin yaralandığı təsdiqlənib.

Trend-in məlumatına görə, ölənlərdən 6-sı əcnəbi, 2-si ABŞ vətəndaşıdır.

Qeyd edək ki, hadisə günorta saatlarında baş verib.

Şəhərin Manhetten rayonunda velosiped yoluna çıxan yük avtomobili velosipedçiləri vuraraq məktəbliləri aparan avtobusa çırpılıb. Sürücü polis tərəfindən zərərsizləşdirilib və xəstəxanaya yerləşdirilib. Polis hadisənin terror aktı olduğunu deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti