...

Sakit okeanda 5,6 bal gücündə zəlzələ olub

Dünya xəbərləri Materials 4 Noyabr 2017 21:30 (UTC +04:00)
Sakit okeanda Tonqa dövlətinin sahillərində 5,6 bal gücündə zəlzələ olub
Sakit okeanda 5,6 bal gücündə zəlzələ olub

Bakı. Trend:

Sakit okeanda Tonqa dövlətinin sahillərində 5,6 bal gücündə zəlzələ olub.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda ABŞ Geoloji xidməti xəbər verib.

Zəlzələ yerli vaxtla bu gün saat 4.24-də qeydə alınıb. Yeraltı təkanların episentri Xixifo yaşayış məntəqəsindən 95 km şimal-şərqdə yerləşib. Ocağı 10 km dərinlikdə olub.

İtki və dağıntılar barədə məlumat verilmir. Sunami təhlükəsi yoxdur.

Qeyd edək ki, bir müddət öncə adalrda daha güclü 6,9 bal gücündə zəlzələ baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti