...

Tramp Kim Çen In ilə nə vaxtsa dost ola biləcəyini istisna etmir

Dünya xəbərləri Materials 12 Noyabr 2017 08:35 (UTC +04:00)

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen In ilə nə vaxtsa dost ola biləcəyini istisna etmir.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, ABŞ prezidenti bu barədə öz "Twitter" səhifəsində yazıb.

Tramp bildirib: "Niyə Kim Çen In məni "qoca" adlandıraraq təhqir etdi, mən axı onu heç vaxt "balaca və kök" adlandırmıram. Neyləmək olar, mən onun dostu olmağa çalışıram - bəlkədə bu nə vaxtsa olacaq".

Xəbər lenti

Xəbər lenti