...

ABŞ-da tibb helikopteri qəzaya uğrayıb - 3 ölü

Dünya xəbərləri Materials 20 Noyabr 2017 11:58 (UTC +04:00)
ABŞ-ın Arkanzas ştatında təcili yardım helikopteri qəzaya uğrayıb.
ABŞ-da tibb helikopteri qəzaya uğrayıb - 3 ölü

Bakı. Trend:

ABŞ-ın Arkanzas ştatında təcili yardım helikopteri qəzaya uğrayıb. Trend-in məlumatına görə, qəza nəticəsində 3 nəfərin həlak olduğu bildirilir.

Məlumata görə, yerə çırpıldıqdan sonra helikopter yanmağa başlayıb. Bu barədə polisə yerli sakinlər məlumat verib.

Qeyd olunur ki, helikopterin göyərtəsində pilotla yanaşı iki tibb işçisi olub.

Xəbər lenti

Xəbər lenti