...

Zimbabvenin sabiq prezidenti hər ay 150 min dollar alacaq

Dünya xəbərləri Materials 26 Noyabr 2017 06:22 (UTC +04:00)

Bakı. Trend:

Zimbabvenin sabiq prezidenti Robert Muqabeyə ömrünün sonunadək hər ay təxminən 150 min dollar alacaq.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Guardian qəzeti xəbər verib.

Nəşrin məlumatına görə, prezident postundan getmək sazişində Muqabeyə hüquqi immunitet nəzərdə tutulub, həmçinin Muqabe pul ödənişləri ilə təmin ediləcək. Xüsusilə, sabiq prezident dərhal 5 milyon dollar alacaq.

Hesablamalara görə, Muqabe 10 milyon dollara qədər pul ala bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti