Bakı. Trend:
Pakistan Hərbi Hava Qüvvələri respublikanın hava məkanını pozan bütün hərbi təyyarələri, o cümlədən ABŞ təyyarələrini vuracaq.
Trend-in məlumatına görə, bunu Pakistan İslam Respublikası Hərbi Hava Qüvvələrinin komandanı Sühey Aman deyib.
Bu qərarın bir həftə əvvəl Pakistan-Əfqanıstan sərhədində yerə düşən pilotsuz uçuş aparatının aşkar edilməsindən sonra qəbul edildiyi bildirilir.
S.Aman qeyd edib ki, heç bir ölkənin, o cümlədən ABŞ-ın Pakistanın hava məkanını pozma haqqı yoxdur.