...

Brüsseldə uçuşlar təxirə salınıb - SƏBƏB?

Dünya xəbərləri Materials 11 Dekabr 2017 13:44 (UTC +04:00)
Brüsselin beynəlxalq hava limanı güclü qar səbəbi ilə reyslərin təxirə salındığını elan edib
Brüsseldə uçuşlar təxirə salınıb - SƏBƏB?

Bakı. Trend:

Brüsselin beynəlxalq hava limanı güclü qar səbəbi ilə reyslərin təxirə salındığını elan edib.

Trend-in məlumatına görə, hazırda hava limanında uçuş-eniş zolaqlarının qardan təmizlənməsi işləri aparılır.

Qeyd olunur ki, Brüsselə Böyük Britaniya, İsveçrə, Danimaraka, İspaniya, Norveç, İtaliya, Portuqaliya, Rumıniya və Rusiyadan gələn reyslər ləngiyib.

Bundan başqa hava limanından ABŞ, Kanada, Danimarka, Fransa, Rusiya və bir sıra Afrika ölkələrinə uçuşlar də təxirə salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti