...

Putin Misirə gəldi

Dünya xəbərləri Materials 11 Dekabr 2017 14:36 (UTC +04:00)
Rusiya prezidenti Vladimir Putin bu gün Misirə işgüzar səfərə gəlib.
Putin Misirə gəldi

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putin bu gün Misirə işgüzar səfərə gəlib. Trend-in məlumatına görə, Rusiya prezidentinin burada həmkarı Abdel Fəttah Əs-Sisi ilə görüşəcəyi, Yaxın Şərqdə və Şimali Afrikada təhlükəsizlik məsələlərini müzakirə edəcəyi bildirilir.

Qeyd edək ki, Misirə səfəri zamanı rusiyalı lider yolüstü Suriyanın Hmeymim şəhərinə də səfər edib. o, burada Rusiyanın aviabazasına baş çəkib.

Hmeymim aerodromunda Rusiya prezidentini Suriya prezidenti Bəşər Əsəd, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Rusiyanın Suriyadakı qoşun qruplarının komandanı Sergey Surovikin qarşılayıb.

Xəbər lenti

Xəbər lenti