...

İsrailin müdafiə naziri Türkiyə ilə iqtisadi əlaqələrin yenidən baxılmasına çağırıb

Dünya xəbərləri Materials 17 Dekabr 2017 23:29 (UTC +04:00)
İsrailin müdafiə naziri Aviqdor Liberman yahudi dövlətinin Türkiyə ilə iqtisadi əlaqələrinin baxılmasına çağırıb.
İsrailin müdafiə naziri Türkiyə ilə iqtisadi əlaqələrin yenidən baxılmasına çağırıb

Bakı. Trend:

İsrailin müdafiə naziri Aviqdor Liberman yahudi dövlətinin Türkiyə ilə iqtisadi əlaqələrinin baxılmasına çağırıb.

Trend-in məlumatına görə, nazir bunu "Facebook" sosial şəbəkəsində yazıb.

"Son aylar ərzində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yahudi dövlətinə qarşı açıq təhrik üçün istənilən bəhanədən istifadə edir. Fikrimcə, biz Türkiyə ilə münasibətlərimizdə çox şeyə yenidən baxmalıyıq", deyə o bildirib.

Daha öncə, Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan ölkəsinin Şərqi Qüdsdə səfirlik açmaq niyyətini açıqlayıb.

"Biz artıq Şərqi Qüdsü Fələstin Dövlətinin paytaxtı elan etmişik. Yaxın günlər ərzində səfirliyimizidə açacağıq", deyə dövlət başçısı bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti