...

Tramp: Sankt-Peterburqda teraktın qarşısının alınması - kəşfiyyat məlumatlarının düzgün mübadiləsinin nümunəsidir

Dünya xəbərləri Materials 19 Dekabr 2017 03:14 (UTC +04:00)
Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) tərəfindən kəşfiyyat məlumatlarının Rusiyaya verilməsi nəticəsində Sankt-Peterburqda terror aktının qarşısının alınması kəşfiyyat məlumatlarının mübadiləsinin düzgün nümunəsidir
Tramp: Sankt-Peterburqda teraktın qarşısının alınması - kəşfiyyat məlumatlarının düzgün mübadiləsinin nümunəsidir

Bakı. Trend:

Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) tərəfindən kəşfiyyat məlumatlarının Rusiyaya verilməsi nəticəsində Sankt-Peterburqda terror aktının qarşısının alınması kəşfiyyat məlumatlarının mübadiləsinin düzgün nümunəsidir.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

Onun sözlərinə görə, bu terror aktı zamanı minlərlə insan həlak ola bilərdi: "Onlar terrorçuları hücumundan əvvəl saxlamağı və insanların ölümünün qarşısını alıblar və bu çox gözəldir".

Qeyd edək ki, dekabrın 17-də Rusiya prezidenti Vladimir Putin Trampla telefon danışığı zamanı terror aktlarının qarşısını almağa kömək edən məlumatların Rusiyaya verilməsinə görə ABŞ prezidentinə təşəkkürünü bildirib.

Xəbər lenti

Xəbər lenti