...

Filippində dalğa bərəni aşırdı - 251 nəfər dənizə töküldü

Dünya xəbərləri Materials 21 Dekabr 2017 14:52 (UTC +04:00)
Filippində paytaxt Maniladan 70 km şərqdə 251 nəfəri aparan bərə batıb.
Filippində dalğa bərəni aşırdı - 251 nəfər dənizə töküldü

Bakı. Trend:

Filippində paytaxt Maniladan 70 km şərqdə 251 nəfəri aparan bərə batıb.

Trend-in məlumatına görə, Filippin Sahil Mühafizəsi ölü və yaralı sayının hələ dəqiq bilinmədiyini bildirib. Hadisə yerinə çox sayda helikopter göndərilib.

Yerli radiolardan biri bərənin batması nəticəsində ən azı 4 nəfərin öldüyü barədə xəbər yayıb.

Qəzaya əlverişsiz hava şəraiti və böyük dalğaların səbəb olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti