...

2017-ci ilin ən populyar avtomobillərinin ADLARI

Dünya xəbərləri Materials 21 Dekabr 2017 17:53 (UTC +04:00)
Avropada 2017-ci ilin ən populyar avtomobillərinin adları açıqlanıb.
2017-ci ilin ən populyar avtomobillərinin ADLARI

Bakı. Trend:

Avropada 2017-ci ilin ən populyar avtomobillərinin adları açıqlanıb.

Trend-in məlumatına görə, siyahıda ilk sırada “Volkswagen Golf” yer alıb.

Qeyd olunur ki, bu ilin 11 ayı ərzində Avropa ölkələrində 445 mindən çox “Volkswagen Golf” satılıb.

İkinci yerdə 300 mindən çox satışla “Renault Clio” qərarlaşıb. İlk üçlüyü “Volkswagen Polo” tamamlayıb. 2017-ci ildə bu avtomobil 255 min ədədə yaxın satılıb.

Bundan başqa, “Ford Fiesta” və “Nissan Qashqai” avtomobilləri də populyar avtomobillər sırasında yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti