Bakı. Trend:
Türkiyənin cənub-şərqindəki Hakkari vilayətində hərbçilərlə PKK silahlıları arasında toqquşma baş verib.
Trend-in məlumatına görə, toqquşma zamanı iki türk hərbçi həlak olub. Məlumata görə, daha bir hərbçi yaralanaraq xəstəxanaya yerləşdirilib.
Qeyd olunur ki, bölgədə keçirilən əməliyyat zamanı silahlılar pusqu quraraq hərbçilərə hücum edib.