Bakı. Rufiz Hafizoğlu - Trend:
Suriyanın İdlib şəhərində Türkiyəyə məxsus hərbi karvana hücum olunub.
Trend-in məlumatına görə, naməlum silahlılar türkiyəli hərbçiləri minaatanlardan atəşə tutub.
Hücum nəticəsində xəsarət alanların olmadığı bildirilib.
Qeyd edək ki, Türkiyə 2017-ci ilin oktyabrından İdlib əyalətində qoşunlarını və hərbi texnika yerlşdirir.