Bakı. Trend:
İraqın şərqində, İranla sərhəd bölgəsində Rixter cədvəli ilə 5,5 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, yeraltı təkanlar Bağdaddan 130 kilometr şərqdə və İranın İlam şəhərindən 60 kilometr qərbdə baş verib.
Zəlzələnin episentri yerin 40 kilometr dərinliyində qeydə alınıb.
Hadisə nəticəsində xəsarət alanlarına olub-olmaması barədə hələ məlumat verilməyib.