Si Tszinpinin hədiyyə etdiyi pandalar Finlandiyaya gətirilib

Dünya xəbərləri Xəbər 18 Yanvar 2018 12:30 (UTC +04:00)

Bakı. Trend:

Çin rəhbəri Si Tszinpinin ötən il Finlandiyaya səfəri zamanı hədiyyə etdiyi iki panda ölkəyə çatdırılıb.

Trend-in məlumatına görə, yük təyyarəsi ilə Helsinkiyə gətirilmiş pandalar bir ay müddətində karantində qalacaq.

Sonra isə Lumi və Pürü adı verilən ayılar zooparka yerləşdiriləcək.

Qeyd edək ki, mütəxəssislərin hesablamalarına görə, vəhşi təbiətdə 1864 panda, zooparklarda 464 panda mövcuddur. Hazırda Avropada pandalar yeddi ölkənin – Avstriya, Belçika, Fransa, Almaniya, Niderland, İspaniya və Böyük Britaniya zooparklarında saxlanılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti