Bakı. Trend:
"Malaysia Airlines" aviaşirkətinin Sideneydən Kuala-Lumpura uçan sərnişin təyyarəsi Avstraliyanın Elis-Sprinqs şəhərində təcili eniş edib.
Trend-in məlumatına görə, təcili enişə səbəb texniki nasazlıq olub. Təcili eniş zamanı təyyarədə 200-dən artıq sərnişin olub. Xəsarət alan olmayıb.
"Malaysia Airlines"ın yaydığı məlumatda bildirilir ki, uçuşun təhlükəsizliyinə heç bir təhdid olmayıb. Təyyarənin kapitanı mühərriklərin birində olan nasazlığın aradan qaldırılması üçün təcili eniş etməyə qərar verib.