Bakı. Trend:
İraqın mərkəzi hissəsində Rixter cədvəli ilə 5,1 bal gücündə zəlzələ olub.
Trend-in məlumatına görə, yeraltı təkanlar Diyala əyalətində, yerin 10 kilometr dərinliyində qeydə alınıb.
Zəlzələ nəticəsində itki və ya fəsadların olub-olmaması barədə məlumat verilməyib.
Qeyd olunur ki, bölgədə 3-3,8 bal arasında daha bir neçə təkan qeydə alınıb.