...

Qərargah: "Zeytun budağı" əməliyyatı çərçivəsində 447 terrorçu məhv edilib

Dünya xəbərləri Materials 27 Yanvar 2018 22:33 (UTC +04:00)
"Zeytun budağı" əməliyyatı çərçivəsində 447 terrorçu məhv edilib.
Qərargah: "Zeytun budağı" əməliyyatı çərçivəsində 447 terrorçu məhv edilib

Bakı. Trend:

"Zeytun budağı" əməliyyatı çərçivəsində 447 terrorçu məhv edilib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatında bildirilir.

"Şənbə günü Suriyanın Afrin rayonunda "Zeytun budağı" əməliyyatı çərçivəsində ən azı iki türk hərbi qulluqçusu həlak olub, daha 11-i isə yaralanıb", deyə bəyanatda bildirilir.

Qərargah qeyd edir ki, əməliyyat çərçivəsində 447 terrorçu öldürülüb, Türkiyə HHQ-nin 22 təyyarəsi 42 hədəfi məhv edib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti