...

"Zeytun budağı" əməliyyatı çərçivəsində 2 türk hərbçisi həlak olub

Dünya xəbərləri Materials 3 Fevral 2018 19:28 (UTC +04:00)
Davam edən "Zeytun budağı" əməliyyatı çərçivəsində 2 türk hərbçisi həlak olub
"Zeytun budağı" əməliyyatı çərçivəsində 2 türk hərbçisi həlak olub

Bakı. Trend:

Davam edən "Zeytun budağı" əməliyyatı çərçivəsində 2 türk hərbçisi həlak olub.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, hərbçilərdən biri Suriyanın şimal-qərbində terrorçularla toqquşma zamanı həlak olub, digəri isə terrorçuların Türkiyənin Kilis əyalətində hərbi hissəyə hücumu nəticəsində həlak olub.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti