Bakı. Rufiz Hafizoğlu - Trend:
Afrində Türkiyə Silahlı Qüvvələrinin iştirakı ilə keçirilən "Zeytun budağı" əməliyyatı çərçivəsində terrorçulardan azad edilən yaşayış məntəqələrinin sayı 42-ə çatıb.
Trend-in məlumatına görə, bu gün səhər başlayan əməliyyatlar nəticəsində Türkiyənin Hatay bölgəsi ilə sərhəddə iki kənd azad edilib.
Bu gün yayılan son məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin Afrində keçirdiyi "Zeytun budağı" antiterror əməliyyatı başladığı gündən 1062 terrorçu zərərsizləşdirilib.
Bundan başqa, son məlumata görə, terrorçuların silah-sursat dolu 19 mühüm obyekti də məhv edilib.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.