...

Afrində Türkiyənin hərbi helikopteri vurulub, iki hərbçi həlak olub (YENİLƏNİB)

Dünya xəbərləri Materials 10 Fevral 2018 17:28 (UTC +04:00)
Suriyanın Afrin bölgəsində həyata keçirilən "Zeytun budağı" əməliyyatı çərçivəsində Türkiyəyə məxsus hərbi helikopter vurulub.
Afrində Türkiyənin hərbi helikopteri vurulub, iki hərbçi həlak olub (YENİLƏNİB)

Bakı. Trend:

Suriyanın Afrin bölgəsində həyata keçirilən "Zeytun budağı" əməliyyatı çərçivəsində Türkiyəyə məxsus hərbi helikopterin vurulması nəticəsində iki hərbçi həlak olub.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım deyib. B.Yıldırımın sözlərinə görə, helikopterin xarici müdaxilə nəticəsində vurulması ilə bağlı hələki dəqiq məlumat yoxdur.

XXX

16: 24

Suriyanın Afrin bölgəsində həyata keçirilən "Zeytun budağı" əməliyyatı çərçivəsində Türkiyəyə məxsus hərbi helikopter vurulub.

Trend-in məlumatına görə, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının İstanbul əyalət təşkilatının toplantısında deyib.

"Az əvvəl helikopterimiz vuruldu. Təbii ki, bütün bunlar olacaq. Müharibənin içindəyik. İtkimiz olacaq, amma bizm bir helokopterimiz vuruldusa, onlar bunun əvəzini qatbaqat ödəyəcəklər”.

Qeyd edək ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti