...

SON DƏQİQƏ! Türkiyə ordusu Afrinin mərkəzinə doğru irəliləyir

Dünya xəbərləri Materials 12 Fevral 2018 11:09 (UTC +04:00)
"Zeytun budağı" əməliyyatı çərçivəsində indiyədək 1369 terrorçu məhv edilib.
SON DƏQİQƏ! Türkiyə ordusu Afrinin mərkəzinə doğru irəliləyir

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələrinin (SQ) Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində indiyədək 1369 terrorçu məhv edilib.

Bu barədə Türkiyə SQ Baş Qərargahına istinadən məlumat verir.

Hərbi əməliyyatın 23-cü günündə terrorçuların mövqelərinə qurudan və havadan zərbələr endirilməsi davam edib.

Türkiyə ordusunun Afrinin mərkəzinə doğru mühüm nöqtələrdən biri olan Cinderese çatmasına 3 km məsafə qaldığı bildirilir.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti