...

Rusiyada 200-dən çox məktəb bağlandı - Qrip virusu

Dünya xəbərləri Materials 13 Fevral 2018 18:58 (UTC +04:00)
Rusiyanın Saratov şəhərində qrip virusunun yayılması ilə əlaqədar məktəblr 10 gün müddətinəd bağlanıb
Rusiyada 200-dən çox məktəb bağlandı - Qrip virusu

Bakı. Trend:

Rusiyanın Saratov şəhərində qrip virusunun yayılması ilə əlaqədar məktəblər 10 gün müddətinə bağlanıb.

Trend-in məlumatına görə, məktəblərdə fevralın 14-dən dərslər dayandırılacaq.

Ümumilikdə şəhər ərazisində 207 orta məktəbin və 3 məktəbəqədər təhsil müəssisəsinin bağlandığı deyilir.

Məktəblərin fevralın 26-ı işini bərpa edəcəyi planlaşdırılır.

Qrip epidemiyası ilə əlaqədar sakinlərə açıq havada maska ilə gəzmək məsləhət görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti