...

Karakasda metroda qumbara partladıldı

Dünya xəbərləri Materials 21 Fevral 2018 05:37 (UTC +04:00)
Venesuelanın paytaxtı Karakasda metroda gözyaşardıcı qazla dolu qumbara partladılıb
Karakasda metroda qumbara partladıldı

Bakı. Trend:

Venesuelanın paytaxtı Karakasda metroda gözyaşardıcı qazla dolu qumbara partladılıb.

Trend-in verdiyi xəbərə görə, insident “Kapuçinos” stansiyasında baş verib.

Ölkə rəsmiləri hadisənin arxasında ABŞ-ın durduğunu bəyan edib.

Qeyd edək ki, fevral ayı ərzində Karakas metrosunda artıq üç qumbara partladılması hadisəsi baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti